İsrail ordusu çərşənbə axşamı Livanda HƏMAS hərəkatının tanınmış bir komandirini hədəf aldığını elan edib.
Ordu açıqlamasında bildirib: “Bir qədər əvvəl İsrail ordusu Livanın Tripoli bölgəsində HƏMAS hərəkatının əsas komandirlərindən birini vurdu.”
Mənbələrin bildirdiyinə görə, son saatlarda İsrail işğalçı qüvvələri Livanda iki bölgəni hədəf alıb.
Əlavə edilib ki, son hava hücumları Xəlidə və Tripoli bölgələrində həyata keçirilib və hücumlar Hizbullah üzvlərinə deyil, Qüds Briqadası və HƏMAS hərəkatı üzvlərinə yönəlib.
Həmçinin yayılan hesabatlara əsasən, Livanın şimalında yerləşən Tripoli yaxınlığında baş verən İsrail hava hücumu nəticəsində bir nəfər həlak olub, 3 nəfər isə yaralanıb.