Yaxın günlərdə sionist rejimi ordusunun Qəzzə zolağındakı məscidləri partlatmasına dair dərc olunmuş video görüntülər radikal İŞİD terrorçularının ötən illər ərzində İraq və Suriyadakı hərəkətlərini xatırladıb.
Sionist rejimi ordusunun Qəzzə zolağındakı məscidləri partladması və hədəf seçməsinə dair hərəkətləri insana, İŞİD-in ötən illər ərzində İraq və Suriyadakı hücumlarını xatırladır.
Daha öncə İŞİD-in İraq və Suriyadakı rəftarına çox oxşarlığı olan İsrail ordusunun Qəzzənin bir sıra jurnalistlərini, həkimlərini, universitet müəllimlərini və mülki şəxslərini çılpaq etməsi ilə bağlı görüntülər dünyadakı insanların bir çoxunun reaksiya və tənqidinə səbəb olmuşdu.

Bu hərəkətləri nəzərə alaraq demək olar ki, əgər İŞİD terror qruplaşması hava qüvvələrinə sahib olsaydı, tamamilə İsrail rejiminə oxşayardı. Hərçənd ki, indi də sionist rejiminin Qəzzədəki son cinayətlərini nəzərə alsaq, bu rejimlə İŞİD arasında çoxlu oxşarlıq var.