İsrail hərbiçilərinin Cenin düşərgəsinə hücumunun ardınca sionist hərbiçiləri ilə Müqavimət döyüşçüləri arasında şiddətli qarşıdurma yaranıb. Bunun nəticəsində 6 fələstinli şəhid olub və bəziləri yaralanıb.
Fələstin Səhiyyə Nazirliyi 6 nəfər fələstinlinin şəhid olması və bir çoxlarının yaralanması barədə xəbər verib. Şəhid olanlardan biri, sinəsindən güllə yarası alan “Vail Ğəzavi” adlı 26 yaşlı bir gənc olub.
Fələstin İslami Cihad hərəkatının sözçüsü, sionistlərin Cenin düşərgəsinə hücumuna reaksiya verərək deyib: Cenində baş verən hadisələr, sionist rejiminin Cenin düşərgəsinin müqavimətçi xalqına qarşı yeni cinayətidir.
Tariq İzzud-din əlavə olaraq deyib: Ceninin müdafiəsi üçün israilli hərbiçilərlə bütün gücü ilə mübarizə aparan Cenin batalyonu döyüşçülərinə və bütün fələstinli döyüşçülərə salam deyirəm.
Fələstin Səhiyyə Nazirliyi həmçinin, israilli hərbiçilərin Cenində təcili yardım maşınlarına atəş açmaları barədə xəbər verib.
Xarici KİV-dən biri bu barədə deyib: Sionist rejimi xəstəxanaları və təcili yardım maşınlarını hədəfə almaqla çox sayda fələstinlini şəhid etmək istəyib.
Sionist rejimi müqavimət döyüşçülərini təslim olmağa vadar etmək üçün canlı insanlardan qalxan kimi istifadə edir.
Cenin batalyonu şiddətli toqquşmanın baş verməsini bildirməklə onların da israilli hərbiçilər istiqamətində atəş açdıqlarını deyib.
İsrailli hərbiçilər Cenin düşərgəsində bir fələstinlilin evini mühasirə ediblər. Fələstinli bir gənc, səs yazısı paylaşmaqla vurğulayıb: “Biz burda mühasirə olunmuşuq. Sionist ordusunun xüsusi bölməsi bizim evimizi və qonşuların evlərini bombalayırlar. Biz sona qədər mübarizə aparacağıq. Bizə dua edin.”
Xəbər agentlikləri sionsit hərbiçilərinin hücumu ilə eyni vaxtda bir İsrail hərbi helikopterinin Cenin düşərgəsi üzərində uçduğunu bildiriblər.