Çərşənbə axşamı, işğal olunmuş Qərb sahillərində yerləşən Ramallahın şimalındakı “Ətirət” şəhəri yaxınlığında bir fələstinli İsrail qüvvələri tərəfindən vurularaq öldürülüb.
Verilən məlumata görə, İsrail rejiminin ordusu fələstinlinin bıçaqlama əməliyyatı keçirmək niyyətində olduğunu iddia edib.
Sionist mediası hadisədə ən azı iki İsrail əsgərinin yaralandığını bildirib.
Hadisədən sonra İsrail ordusu Ramallahın şimalındakı bir neçə Fələstin kəndini mühasirəyə alıb və hücumçunun oradan gəlmək ehtimalının olduğunu açıqlayıb.

























