İsrail qüvvələri fələstinli bir ailəyə hücum edib, ailənin hamilə anasının öz hamiləlliyini sonlandırmasına səbəb olublar.
İordaniyanın qərb sahillərindəki yerli mənbələrə istinadən verilən məlumata əsasən, sionist qüvvələri dünən (bazar günü) səhər qəflətən İordaniyanın qərb sahillərinin cənub bölgəsinə və əl-Xəlil şəhərinə daxil olub, bir sıra Fələstin vətəndaşını döyüblər.
Verilən məlumata görə, İsrail təhlükəsizlik qüvvələri bir neçə evə qəfil daxil olduqdan sonra İordaniyanın qərb sahillərində yaşayan Fələstin vətəndaşı “Nəzzal əl-Cəbəri”yə və onun ailə üzvlərinə hücum ediblər.
Xarici KİV-in verdiyi məlumata görə, bu hücum Nəzzal əl-Cəbərinin həyat yoldaşının bətnindəki uşağı düşürməsinə səbəb olub və o, xəstəxanaya yerləşdirilib.
İsrail qüvvələri ötən aylar ərzində İordaniyanın qərb sahillərində yüzlərlə Fələstin vətəndaşını həbs ediblər.
Xəbər mənbələri bildiriblər ki, İsrail əsgərləri gözlənilmədən fələstinlilərin şəhər və evlərinə daxil olaraq onları həbs etdikləri zaman, onlara işgəncə verir, bəzən onları döyür, ailələrini təhdid edir və onların şəxsi mülklərini dağıdırlar.
2023-cü ilin Oktyabrın 7-də “Əqsa Tufanı” başlayan vaxtdan etibarən, rəsmi statistikalara əsasən, İordaniyanın qərb sahillərində yaşayan təxminən 703 fələstinli sionist rejimin qüvvələri və sionist köçkünləri tərəfindən şəhid edilib. Onların 159 nəfəri uşaq və yeniyetmə olub.