İsrail qüvvələri İordan çayının qərb sahilinin Ramallah şəhərində bir fələstinlini içində olduğu avtomobilə atəş açaraq onu qətlə yetirib.
Bu barədə ötən gün Fələstinin WAFA agentliyi Fələstinin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Məlumata əsasən, 26 yaşlı gənc kürəyindən yaralanıb.
O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlər zərərçəkənin həyatını xilas edə bilməyiblər.