Fələstinli Əsirlər və Azadlar Nazirliyi, bir bəyanat dərc etməklə sionist rejiminin zindanlarında, xüsusilə Nəqəb zindanında yeddi gün ardıcıl olaraq davam edən gərginlik barədə xəbər verib.
Bu nazirlik, bəyanat verməklə xəbərdarlıq edib ki, İsrail zindanlarının rəhbərliyi, bütün həbxsanalarda həyəcan elan edildikdən, çox sayda qüvvə cəlb edildikdən və əsassız bəhanələr gətirildikdən sonra bu gün cümə namazı zamanı əsirləri əzmək fikrindədir.
Sionist rejimi, fələstinli əsirləri cəzalandırmaq məqsədi ilə hətta Nəqəb zindanının bəzi hissələrində işığı kəsib.
Digər tərəfdən də Əsirlərin və Məhbusların İşləri üzrə Cəmiyyət, sionist rejimini tək otaqlı zindanda çətin şəraitdə yaşayan fələstinli əsir qadın “Yasmin Şaban”-ın həyatına cavabdeh olduğunu bildirib.
 
			


























