İslam və müsəlmanların qatı düşmənlərindən olan sionist İsrail rejimi Fələstin, Qəzzə və Qüdsdə cinayət törətməyə davam edir. Sionist rejim rəhbərlərinin işğalçı siyasəti nəticəsində minlərlə günahsız insan ölmüş, yüz minlərlə insan öz yurd-yuvalarından didərgin düşmüşdür.
Təcavüzkar İsrail müttəfiqləri olan ABŞ, İngiltərə və Səudiyyə Ərəbistanı kimi ölkələrə arxalanaraq hələ də öz cinayətlərini davam etdirir. Fələstin xalqının üzərinə qırıcı təyyarələrdən bombalar yağdırır. Nəticədə, qadın və uşaqlar da daxil olmaqla çoxlu sayda insan itkisi baş verir. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət hələ də İsrailin bu cinayətləri müqabilində sükut etməkdədir. Təqdim edəcəyimiz videoda İsrailin hərbi hücumlarının qurbanı olan yeddi aylıq körpənin can verməsinin şahidi olacaqsınız.