Fransa xəbər agentliklərindən birinin verdiyi məlumata görə, Livanda azı 4 xəstəxananın fəaliyyəti dayandığı bir halda İsrail rejiminin Livandakı bormbardmanları davam edir.
Livanın baş naziri Nəcib Miqati xilasetmə qüvvələrinin bombalanmış yerlərə gedə bilmələri üçün dünya ictimaiyyətindən İsrail rejimini təzyiq altına salmasını istəyib.
Beyrutun cənub ərazisindəki “Sint Tərzə” xəstəxanası İsrail rejiminin hücumları nəticəsində xəstəxanaya ziyan dəydiyindən fəaliyyətini dayandırdığını açıqlayıb.
İşğal olunmuş Fələstinlə sərhəddə yerləşən “Mis əl-Cibal” xəstəxanası müxtəlif amillərə, o cümlədən ötən ilin Oktyabr ayından etibarən İsrail rejiminin bombardmanlarına, təchizat zəncirindəki problemlərə və işçilərin olmamasına işarə edərək, fəaliyyətini dayandırdığını bildirib.
“Mərcəiyyun” Dövlət Xəstəxanasından da bildiriblər ki, İsrail rejimi hava hücumları zamanı xəstəxananın giriş qapısındakı təcili yardım maşınlarına hücum edib və xəstələri daşıyan tibb işçilərini şəhid edib.
Xəstəxanadan bildirilib ki, işçi qüvvəsinin çatışmazlığı və İsrail rejiminin bombardmanları xəstəxananın səlahiyyətli şəxslərinə xəstəxananı bağlamaqdan başqa çarə buraxmayıb.
Xəbər agentliyi bağlanmış dördüncü xəstəxananın adına işarə etməyib.