HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmail Həniyə terror əməliyyatı nəticəsində Tehranda qaldığı yerdə şəhid edilib.
İslam İnqilabı Keşikçilər Korpusunun HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmail Həniyənin şəhadəti ilə bağlı verdiyi bəyanatın mətni:
Bağışlayan və mehriban Allahın adı ilə
Allah tərəfindən gəlmişik və ona tərəf qayıdacağıq
Qəhrəman Fələstin xalqına, İslam ümmətinə, müqavimət cəhbəsinin döyüşçülərinə və şərəfli İran xalqına başsağlığı verərək bildiririk ki, bugün (çərşənbə günü) səhər HƏMAS İslami Müqavimət Hərəkatının siyasi bürosunun rəhbəri dr. İsmail Həniyənin Tehranda qaldığı yer hücuma məruz qalıb. Bu hadisənin aradınca, o və onun mühafizəçilərindən biri şəhid olub. Bu hadisənin səbəbi və təfərrüatı araşdırılır və nəticələri barədə sonra məlumat veriləcək.
İslam İnqilabı Keşikçilər Korpusunun İctimai Əlaqələr şöbəsi
İsmail Həniyənin şəhadəti ilə nəticələnən terror hadisəsindən sonra HƏMAS-ın yaydığı bəyanat:
Allah yolunda öldürülənləri ölülər sanmayın! Əksinə, onlar diridirlər. Onlara Rəbbləri yanında ruzi verilir.
HƏMAS İslami Müqavimət Hərəkatı böyük Fələstin xalqımızın, ərəb və İslam xalqının və dünyanın bütün azad insanlarının övladlarının matəmindədir.
Hərəkatın rəhbəri şəhid və mücahid İsmail Həniyə İranın yeni seçilmiş prezidentinin andiçmə mərasimində iştirak etdikdən sonra sionistlərin onun Tehranda qaldığı yerə xaincəsinə hücumu nəticəsində şəhid oldu.