İslami Cihad Hərəkatının hərbi qolu olan Qüds qüvvələrinin yüksək rütbəli hərbi komandiri, cümə günü sionist rejiminin Qəzzə şəhərinin qərbindəki bir yaşayış binasına hava hücumunda şəhid olub.
İslami Cihad Hərəkatının məsul şəxslərindən biri vurğulayıb ki, Qüds qüvvələrinin görkəmli komandirlərindən olan Əyyad əl-Həsəni, sionist rejimi tərəfindən Qəzzənin qərbində həyata keçirilən hava hücumu zamanı şəhadətə çatıb.
O, əlavə olaraq deyib: Əyyad əl-Həsəni Qüds qüvvələrinin Hərbi Şurasının üzvü və İslami Cihad Hərəkatının əməliyyat bölməsinin komandiri idi. Əl-Həsəninin müavini də hava hücumu zamanı şəhid olub.
Qəzzə Səhiyyə Nazirliyi verdiyi bəyanatda deyib: Sionist rejiminin Qəzzə şəhərində yerləşən Ən-Nəsr məhəlləsindəki bir yaşayış binasına hücumu zamanı 2 fəfəstinli şəhid olub, digər 5 nəfər isə yaralanıb.