Xəbər agentliklərindən birinin Qəzzə zolağındakı müxbiri Xan Yunisin şərqində yerləşən əl-Ovdə sığınacağında işğalçılar tərəfindən törədilən qətliam barədə məlumat verib.
Müxbir əlavə olaraq deyib: İşğalçı rejimin təyyarələri bu mərkəzi güclü partlayıcı raketlə bombalayıblar. Nəticədə isə 30-dan çox insan şəhid olub və onlarla insan yaralanıb.
Bu cinayətdən sağ çıxanlardan biri deyib: Biz əl-Ovdə kompleksində meyvə və telefon dükanlarının yanında işləyirdik ki, aramızda bir raket partladı.
O, həmçinin deyib: Bu bombardmanda bəzi insanların bədəni tikə-tikə olub, əl, ayaq və bədənləri kəsilib.