Fələstinlilər İordan çayının qərb sahillərində yerləşən Bəlatə düşərgəsinə ardıcıl olaraq 4 dəfə hücum edən işğalçılarla ağır qarşıdurmadan sonra 2 şəhidin cənazəsini dəfn ediblər.
Xarici KİV-in verdiyi məlumata görə, işğalçı hərbiçilər Bəlatə düşərgəsinə 4 dəfə hücum ediblər. Bu qarşıdurmaların birində nikah ərəfəsində olan Əli Həşşaş şəhid olub və onun cənazəsi şəhid dostunun cənazəsi ilə birlikdə son mənzilə yola salınıb.
İşğalçılar ona tərəf atəş açmaqla şadlıq məclisini yasa çeviriblər və Əli Həşşaş sinəsindən aldığı güllə yarasından şəhid olub.