İşğalçı hərbiçilərin Qəzzə şəhərinin cənub-şərqində yerləşən əz-Zeytun məhəlləsindəki yardımların paylanmasına nəzarət üçün xalq komitələrinə hücumunda bir neçə fələtinli şəhid olub və yaralanıb.
Şahidlərinə sözlərinə görə, dünən (çərşənbə günü) işğalçılara aid qırıcı təyyarələr yardımların gəlişinin təhlükəsizliyini təmin etmək üçün Zeytun məhəlləsində yerləşən Səlahəddin küçəsindəki xalq komitələrini hədəfə alıblar. Şahidlər bu məhəllənin sionistlər tərəfindən bombalanması nəticəsində bir neçə nəfərin şəhid olduğunu və yaralandığını bildiriblər.
Sionistlərin Qəzzə şəhərinə və Rəfəhdəki qaçqın çadırlarına hücumları zamanı bir sıra fələstinli şəhid olub və yaralanıb. Davamlı beynəlxalq xəbərdarlıqlara baxmayaraq, “İsrail” 1 milyondan çox qaçqının məskunlaşdığı bu şəhəri hədəf seçib.