İşğalçı sionistlər Qəzzə zolağının cənbunda yerləşən Rəfəh şəhərinə olan hücumlarını gücləndirməklə 24 saat ərzində 14 nəfəri şəhid ediblər.
İşğalçı sionist rejimi Fələstin xalqına qarşı cinayətlərinin 124-cü günündə Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərinə olan hücumlarını gücləndirməklə 24 saat ərzində 14 fələstinlini öldürüb.
Fələstinli mənbələr bildiriblər ki, işğalçılara aid qırıcıların çərşənbə günü səhər Qəzzə zolağının cənbunda yerləşən Rəfəhin şimalındakı Əz-Zuhur məhəlləsində olan bir evə qarşı həyata keçirdikləri bombardmanlar nəticəsində “bir ana qızı ilə birlikdə” şəhid olub.
Sionist rejimi ordusuna məxsus qırıcılar, həmçinin Fələstin-Misir sərhədi yaxınlığında yerləşən Rəfəhin cənub məntqələrini və Rəfəhlə Xan-Yunis arasındakı məntəqələri bombalayıblar. Qəzzə Səhiyyə Nazirliyi sionist rejiminin cinayətlərinin itkilərinə dair son statistikanı elan etməklə (çərşənbə axşamı) bildirib ki, (7 oktyabrdan) indiyədək Qəzzədə 27 585 fələstinli şəhid olub və 66 978 nəfər isə yaralanıb.