İşğalçı İsrail rejiminin qırıcılarının Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərinə hücumlarında 8 nəfər şəhid olub.
Xarici KİV-in verdiyi məlumata əsasən, sionist rejiminə aid qırıcıların Rəfəh şəhərinə hücumu zamanı 1 qadın və 5 uşaq daxil olmaqla 8 fələstinli şəhid olub.
Bəzi mənbələrin sözlərinə görə, sionist rejiminə aid qırıcılar Rəfəhdə bir ərazini və qaçqınların sığındıqları bir otağı hədəfə alıblar və nəticədə 8 Fələstin vətəndaşı şəhid olub.
Həmçinin sionist qüvvələrinin Rəfəhin şərqində yerləşən “əl-Məqbərətuş-Şərqiyyə” ətrafındakı əl-Bəhabəsah ailəsinə məxsus evə olan hücumlarında bir neçə Fələstin vətəndaşı yaralanıb.
Rəfəhə hücum, Rəfəhə hücum üçün hazırlıqlar barəsində regional və beynəlxalq xəbərdarlıqların artdığı bir şəraitdə baş verir. Bu regiona hücum Qəzzə zolağının cənubunun ən uzaq yerində sonuncu sığınacaq kimi oraya pənah gətirmiş yüzlərlə fələstinlinin həyatını təhdid edir.
Həmçinin Rəfəhə hücum İsrail rejiminin ordusunun Qəzzə zolağının mərkəzində yerləşən ən-Nəsirat düşərgəsindən geri çəkilməsindən sonra baş tutub. Qurudan olunan və 8 gün çəkən hücumda onlarla insan şəhid olub, yaralanıb və geniş həcimdə dağıntılara meydana gəlib.