Xarici KİV-in verdiyi məlumata görə, işğalçı sionist rejiminin ordusuna aid helikopterlər Qəzzə zolağının mərkəzində yerləşən Bəric qaçqın düşərgəsinin şərqindəki bölgələri atəşə tutublar.
Xan Yunisdəki Məhəmməd Əbu Əbid adlı jurnalist sionist rejiminin işğalçı ordusunun Qəzzə zolağının şərqində yerləşən Cəbaliya düşərgəsinin şərq bölgələrini ağır şəkildə bombaladığını bildirib.
O, həmçinin vurğulayıb ki, Qəzzə şəhərinin cənubundakı bir mənzilin bombalanması nəticəsində fələstinli bir qız uşağı şəhid edilib və 4 nəfər isə yaralanıb.
Əbu Əbid cümə günü səhər Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərinin qərbinə ağır artilleriya hücumları olunduğu barədə məlumat verib.