Sionist rejiminin Tülkərmdə yerləşən Nuri Şəms düşərgəsindəki mülki şəxslərə kamikadze dron hücumu zamanı 20 nəfər fələstinli şəhid olub.
Bununla əlaqədar olaraq, Əl-Qəssam batalyonları bəyanat yaymaqla, döyüşçülərinin, Nuri Şəms düşərgəsinə hücum edərək oranı mühasirə edən sionist rejimi qüvvələri ilə ağır toqquşduqlarını bildiriblər.
Bu bəyanata əsasən, sionist ordusunun açdığı atəş və İsrail dronlarının hücumları nəticəsində şəhid olmuş bir sıra fələstinlilərlə bağlı baş sağlığı verilmiş və düşmən qüvvələri ilə döyüşün davam etdiyi bildirilmişdi.