Sionist rejimin Livanın cənubunda yerləşən Haris Seydun, əl-Borc düşərgəsi və Eyn Bəal şəhərlərinə qarşı hücumlarında azı 21 nəfər şəhid olub.
Xarici KİV-in verdiyi məlumata görə, Livan Səhiyyə Nazirliyindən bildirilib ki, işğalçı rejimin ölkənin cənubundakı Haris Seydun və şimali əl-Borc düşərgəsi şəhərlərinə hücumları nəticəsində azı 14 nəfər şəhid olub və 39 nəfər isə yaralanıb.
Livan Səhiyyə Nazirliyi, həmçinin qeyd edib ki, sionist rejimin Eyn Bəal şəhərindəki təcili yardım maşınları mərkəzinə hücumunda da xilasedicilərə və bir tibb bacısına şamil olan azı 7 nəfər şəhid olub, digər 24 nəfər isə yaralnıb.
Verilən məlumata əsasən, İsrail rejimi Livanın cənubunda yerləşən əl-Həvş və bəzi digər bölgələrə hücum edib.