Sionist hərbiçiləri İordan çayının qərb sahillərində fələstinlilərin evlərinə hücum edib, mənzillərindəki əşyaları bir-birinə vuraraq dağıdıblar.
Müxbirlərdən birinin sözlərinə görə, sionist işğalçıları dünən İordan çayının qərb sahillərində təxminən 30 nəfərin həbs olunması ilə müşaiət olunan hücumu və ağır həbsləri zamanı, fələstinli vətəndaşların evlərini dağıdıb və onlara əziyyət veriblər.
Sionist hərbiçilərinin dünənki tədbirlərinin ardınca, Ceninin cənubunda yerləşən Qubatiyyə şəhərində müqavimət qüvvələri və işğalçı qüvvələr arasında qarşıdurmalar yaranıb.