Qəzzədəki əl-Məmədani xəstəxanası cümə axşamı günü günorta saatlarına qədər 30 şəhid və 50-dən çox yaralı qəbul edib.
Qəzzədəki xəbər TV kanallarından birinin müxbiri İsrail artilleriyasının və qırıcılarının, qaçqınların Qəzzənin şimalında yerləşən Cəbaliya şəhərini məcburi şəkildə boşaltmaları üçün oranı ağır atəşə məruz qoyduqlarını bildirib.
O, əlavə edib: Nəsirat şəhərinin mərkəzində yerləşən Eyn Calut qüllələrindəki bir yaşayış mənzilinin partladılması nəticəsində fələstinli bir qadın şəhid olub və bir neçə vətəndaş isə yaralanıb.