İşğalçıların Qəzzə zolağındakı sakinlərə qarşı 47 gün ardıcıl olaraq davam etdirdikləri hücumlarda tibbi mənbələrin verdiyi məlumata görə, 41 nəfər fələstinli şəhid olub və onlarla insan isə itkin düşüb.
Qəzzədəki tibbi mənbələr bugün (22 Noyabr) bildiriblər ki, sionist rejiminin ötən gecə Qəzzə zolağının mərkəzindəki yaşayış mənzillərinə hücumlarında 41 fələstinli şəhid olub.
Bu hesabata əsasən, bu mənbələr bildiriblər ki, bu hücumlardan sonra, xüsusən də əlaqələrin kəsilməsi və İsrail tərəfindən Qəzzə zolağının ardıcıl olaraq 47-ci gündə bombalanmasının davam etməsi ilə onlarla insan itkin düşüb.
İşğalçı rejimin ordusuna aid qırıcılar Qəzzə zolağının şimalındakı “Kamal Ədvan” xəstəxanasını da şiddətli şəkildə bombalayıblar. Həmçinin bildirilib ki, sionist hərbiçiləri Qəzzə şəhərinin şərqindəki Yafa küçəsini də bombalayıblar.
Fələstin xəbər agentliklərindən biri də bildirib: Sionist rejimi ordusuna aid dronun İordan çayının qərb sahillərində yerləşən “Tülkərm” düərgəsindəki bir evə hücumu nəticəsində 5 nəfər fələstinli şəhid olub və digər bir neçə nəfər isə yaralanıb.
Bu hücumlar Fələstin müqavimət qüvvələri ilə sionist rejimi arasındakı 47 günlük toqquşmadan sonra Tel-Əviv kabinetinin bugün (22 Noyabr) səhər saatlarına yaxın bir vaxtda Qəzzədə atəşkəs razılaşması ilə razılaşdığı halda baş verib. ABŞ dövlət rəsmiləri bu işdə Qətər və Misirin vasitəçiliyinə təşəkkür ediblər.