İşğalçı qüvvələr bu gün (şənbə günü) işğal olunmuş Qüdsdə yerləşən Beyti Huneyna şəhərində “Əhməd əs-Səv”-in evini dağıdıblar.
İşğalçı sionist rejiminin rəsmiləri 1967-ci ildə Qüds işğal olunan andan Qüdsə hakim olmaq və oranı yəhudiləşdirmək məqsədi ilə ona qarşı sistemli siyasət yürütməklə, fələstinlilərin evlərini dağıtma siyasətinə başladılar.
İşğalçılar öz başına qəbul etdiyi bir sıra qərarlar və rəftarlarla Qüdsdəki fələstinlilərin gündəlik həyatının bütün tərəflərini təsir altına alıblar. Tikinti icazəsinə çoxlu maneələr yaratmaqla, fələstinlilərin bu şəhərdəki mövcudluğunun məhdudlaşdırılması və azaldılması məqsədilə onların ev və obyektlərini dağıdıblar.
İşğalçılar tikinti icazəsini məhdudlaşdıran və fələstinliləri bürokratiyanın dolama yoluna giriftar edən məcburi bir sistem yaradaraq Fələstin vətəndaşlarına məcburi surətdə tətbiq ediblər ki, son mərhələlərinə yetişməsi üçün uzun illər çəkər.
Bu layihə şəhərdə Fələstinə aid bütün simvolların məhv edilməsi məqsədilə icra olunur və bu, bu şəhərdə sionist köçkünlərinin sayının artması, oranın sionist əksəriyyətinə çevrilməsi ilə nəticələnəcək.