Sionist işğalçıları İordan çayının qərb sahillərində yeni inşa edilmiş bir məscidi ağır texnikalarla dağıdıblar.
İsrail qüvvələri əl-Xəlil şəhərinin cənub qərbində yerləşən Dura kəndində 3 ay əvvəl tikilmiş məscidi ağır texnikalarla dağıdıblar.
Xarici KİV-in verdiyi məlumata görə, Fələstin Vəqflər Nazirliyi bildirib ki, İsrail qüvvələri Xəle Taha məntəqəsində Rəsulullah məscidini viran qoyublar. Bildirilib ki, bu məscid 3 ay əvvəl inşa edilib.
Xarici KİV-in məlumatına əsasən, İsrail qüvvələri ağır texnikalarla bu məntəqəyə hücum ediblər və təxminən 100 metr sahəsi olan bu məscidi dağıdıblar.
Xəle Taha məntəqəsi, İsrail tərəfinin şəhərcik qurma məqsədi ilə ələ keçirmək istədiyi məntəqələrdəndir.