İordan çayının qərb sahili Ramullah yaxınlığı, Əl-Birə məntəqəsinin cənubunda yerləşən Əl-Əməri düşərgəsin sakini 50 yaşlı fələstinli və xərçəng xəstəsi olan Nasir Əbu Həmid cümə axşamı günü fələstinli şəhidlərə qovuşacağını həbsxanadan elan edərək Fələstin xalqı ilə vidalaşıb.
Nasir Əbu Həmid Rəmlə zindanında ailə üzvləri ilə 40 dəqiqəlik görüşdən sonra məhkumlar klubu vasitəsilə bir elan yayımlayaraq deyib: Əzəmətli şəhidlər karvanına qoşulmaq üçün Fələstin xalqı ilə vidalaşıram. Bir çox fələstinli şəhid dostlarım var idi və onlarla görüşəcəyimə sevinirəm.
Nasir Əbu Həmid ailə üzvlərinə müraciətlə deyib: Mənim ilahi qismət, seçdiyim yola və Fələstinin ədalətsiz işğal qarşısında insanların müqavimətinə inanıram.
Əbu Həmid daha sonra deyib: Mən yolun sonuna qədər gedirəm və gerçək bir fələstinli olduğuma görə fəxr edirəm. Əzəmətli Fələstin xalqı mənimlə bərabər digər əsirləri unutmayacaq. Mən dözümlü Fələstin xalqı qarşısında baş əyirəm. Əlbəttə bu hal-hazırda sözlərin mənim keçirdiyim hissləri və çəkdiyim dərləri bəyan etmək gücü yoxdur. Amma mən yolun sonunda olduğum üçün də narahat deyiləm.
Ömrünün 30 ilini işğalçı rejim həbsxanalarında keçirən bu fələstinli əsir uşaqlıq çağlarında belə həbsə məhkum olub. Daha sonra isə 2002-ci ildə Əl-Əqsa intifazəsində həbs olunaraq ömürlük həbs cəzası alıb. Onun 4 qardaşı da ömürlük həbs cəzasındadırlar.