İşğalçı qüvvələr İordan çayının qərb sahillərində yerləşən Tülkərmdəki Nuru-Şəms düşərgəsinə hücum edib, oranı qapalı hərbi zona elan ediblər. Onlar, həmçinin Beyti Ləhmin şərqindəki Cənnatə şəhərciyinə hücum ediblər. Bu düşərgədə 2 fələstinli şəhid olub və İordan çayının qərb sahillərindəki şəhidlərin sayı 6 nəfərə çatıb.


Həbslər, infrastrukturların dağıdılması, İordan çayının qərb sahillərində yerləşən Tülkərmdəki Nuru-Şəms düşərgəsinin qapalı hərbi zona elan edilməsi ilə yanaşı, 2 fələstinli şəhid olub və bir neçə nəfər yaralanıb ki, bəzilərinin yaraları ağırdır. Bu cinayət İordan çayının qərb sahillərindəki şəhidlərin sayını 6 nəfərə çatdırıb.
Nuru-Şəms düşərgəsinin daxilində müqavimət döyüşçüləri ilə sionist hərbiçiləri arasında şiddətli toqquşma baş verib. İşğalçı rejimin dronları oranı növbəti dəfə bombalayıb və bu da Nuru-Şəms düşərgəsindəki Əl-Mənşiyə məhəlləsində aldıqları yaralar nəticəsində 2 nəfərin şəhadəti ilə nəticələnib. İşğalçı hərbiçilər təcili yardım maşınlarının gəlişinə maneə yaratdıqlarına görə, bir neçə yaralı qanaxma nəticəsində şəhid olub.
Bundan əlavə, işğalçı qüvvələr düşərgədəki mənzillərə qarşı geniş həcmli hücumlar zamanı bir neçə Fələstin vətəndaşını həbs ediblər. Hücumlarla eyni vaxtda orada bir neçə partlayış baş verib.
Bununla əlaqədar olaraq, İsrail rejiminə aid buldozerlər düşərgənin girişlərini dağıdıblar. Eyni zamanda işğalçı ordu snayperçiləri hündür yerlərdə və düşərgəyə baxan nöqtələrdə yerləşdirib.
Çoxlu sayda işğalçı ordu qüvvələri Beyti Ləhmin cənub-şərqindəki Cənnatə şəhərinə hücum ediblər.
İşğalçı qüvvələr Nablus şəhərinə də hücum ediblər. Cenin şəhərində elan olunub ki, sionist rejiminin dronlarının bombardmanları nəticəsində bir neçə gün əvvəl yaralanmış bir neçə fələstinli gəncdən biri həyatını itirib. Bir nəfər də Ramullahda yerləşən Dir Əmmar şəhərindəki toqquşmalar zamanı şəhid olub. Digər bir şəhid isə Əl-Xəlilin şimalındakı Beyti Əmrdəki toqquşmada qeydə alınıb. 6-cı şəhid də Tülkərmdəki Dir əl-Ğusun kəndi yaxınlığındakı ayırıcı divardan keçən zaman işğalçı qüvvələrin atəşinə tuş gəlib.
Oktyabrın 7-də başlayan döyüşlərdən indiyə qədər İordan çayının qərb sahillərində şəhid olan fələstinlilərin sayı 294 nəfərə çatıb. Onlardan bəzisi sionist köçkünləri tərəfindən açılan atəş nəticəsində şəhid olub.