İşğalçı İsrail rejiminin təyyarələri tərəfindən Qəzzə zolağının cənubunda yerləşən Xan Yunisdəki bir evin bombalanmasından sonra xilasedici qrup cümə günü səhər 10 nəfər şəhidin cəsədini tapıb.
Xarici KİV-in yerli mənbələrə istinadən verdiyi məlumata əsasən, İşğalçı rejimin qırıcıları xəbərdarlıq etmədən bir evi bombalayıblar. Nəticədə ev dağıdılıb və 10 nəfər şəhid olub.
Sionist rejiminin qırıcıları bu gün səhər saatlarında diqqətini Qəzzə zolağının şimal və şimal-qərbinə yönəltməklə, bu bölgənin müxtəlif məntəqələrinə onlarla şiddətli və aqressiv hücumlar həyata keçiriblər. Bu rejimin artilleriyası Qəzzə zolağının cənubundakı Rəfəh və Xan Yunis məntəqələrini bombalayıb.
Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, ötən şənbə günündən etibarən Qəzzə zolağındakı fələstinli şəhidlərin sayı 1537 nəfərə çatıb və yaralıların sayının təxminən 6612 nəfər olduğu bildirilib.
İşğalçı sionist rejiminin Qəzzə zolağına hücumlarının ardıcıl olaraq 7-ci gündə davam etməsini nəzərə alsaq, şəhidlərin və yaralıların sayının artması ehtimal olunur.