İsrail rejiminin Nablus şəhərinin şərqində yerləşən Bəlate düşərgəsində bir maşına dron hücumu 5 nəfər fələstinlinin şəhadəti ilə nəticələnib.
Tülkərm düşərgəsində də buna oxşar hücum həyata keçirilib və nəticədə 5 fələstinli şəhid olub. Sionist rejiminin Tülkərm düşərgəsinə qarşı dron hücumunda bir təcili yardım maşını da ciddi şəkildə zədələnib.

Bununla da dünən İordan çayının qərb sahillərində şəhid olanların sayı 10 nəfərə çatıb. Bununla yanaşı hərbi əməliyyatlar, toqquşmalar və Fələstin vətəndaşlarının evlərinin bombalanması hələ də davam edir.
Verilən məlumata əsasən, düşmən sionistlər yaralılara kömək etmək niyyətində olan fələstinli tibb işçilərinə tərəf atəş açıblar.