İşğalçı rejimə aid qırıcıların Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərinin qərbindəki bombardmanlarının ardınca, bugün (bazar ertəsi günü) 4 Fələstin vətəndaşı şəhid olub və bəziləri də yaralanıb.
Verilən məlumata əsasən, şahidlər deyiblər: İşğalçı rejimin qırıcıları Rəfəh şəhərinin qərbindəki Dehlizdəki bir evi bombalayıblar və nəticədə, 4 vətəndaş şəhid olub və bir sıra insan isə yaralanıb.
İşğalçı İsrail rejimi ötən ilin Oktyabr ayının 7-dən etibarən Qəzzə zolağına qarşı quru, dəniz və hava hücumlarına başlayıb və bu rejimin soyqrım müharibəsi hələ də davam edir.
Sionist rejiminin Qəzzəyə qarşı həyata keçirdiyi cinayətkarcasına olan hücumlar nəticəsində indiyədək 35984 nəfər Fələstin vətəndaşı şəhid olub ki, onların da çoxu qadın və uşaqlardan ibarətdir.
Sionist rejiminin hücumları, həmçinin 80643 nəfərin yaralanması ilə nəticələnib. Təbii ki, bu, qəti statistika deyil. Çünki, həyatını itirən minlərlə insan hələ də dağıntılar altındadır.