İşğalçı rejim dünən yenidən Qəzzənin şərqindəki müqavimət qüvvələrinin obyektlərinə hava hücumu təşkil edib.
Sionist rejiminin xəbər mənbələri bildiriblər ki, bu hava hücumunda Qəzzənin şərqindəki müqavimətə aid gözətçi qülləsi hədəfə alınıb.
Bu, ardıcıl olaraq 4-cü gündür ki, sionist rejimi sionistlər yaşayan qəsəbələrə yanan şarların göndərilməsi bəhanəsi ilə müqavimətə aid obyektləri dron hücumuna məruz qoyurlar.
Sionist rejimi bundan əvvəlki gecə də Qəzzənin şərqindəki müqavimətə aid gözətçi qülləsi hədəfə alıb.
Sionist ordusunun sözçüsü bundan əvvəlki gecədəki hava hücumunu fələstinlilər tərəfdən Qəzzə zolağı yaxınlığındakı qəsəbələrə göndərilən yanan şarlar bəhanəsi ilə həyata keçirdiyini bildirib.