Xarici KİV-in verdiyi məlumata görə, işğalçı sionist rejimi törətdiyi cinayətlərin birində bütün insani dəyərləri və beynəlxalq konvensiyaları ayaq altına atıb, Qəzzədə 1000-dən çox qəbri açaraq yüzlərlə cəsədi oğurlayıb və naməlum istiqamətə aparıb.
Fələstinlilərin ağrı-acısı Qəzzə zolağının şəhidlərini dəfn etməklə bitmir. Çünki, işğalçı qüvvələrin şərri fələstinliləri, hətta qəbirlərində belə izləməkdə davam edir.
Verilən məumata əsasən, işğalçı İsrail ordusu bütün insani dəyərləri və beynəlxalq konvensiyaları ayaq altına atdığı cinayətlərinin birində Qəzzənin şərqində yerləşən Əf-Tuffah qəbirsanlığındakı 1100 qəbri açaraq 150 cəsədi oğurlayıb.
Bildirilib ki, işğalçılar bu cinayəti dəfələlərlə təkrarlayıblar və sonuncu dəfə 80 Qəzzə şəhidinin pak cəsədini doğranmış halda təhvil veriblər.
İşğalçı qüvvələr Xan Yunisdə yerləşən Ən-Nəsmavi məhəlləsindəki qəbirsanlığın bir hissəsini dağıdıblar. Şahidlərin bildirdiyinə görə, işğalçı qüvvələr bilərəkdən bəzi cəsədləri oğurlayıb və naməlum istiqamətə aparıblar.
Vətəndaşlardan biri deyib: “Sionist rejimi bütün qəbirləri qazıb və diri yaxud ölmüş insanın hörmətini saxlamayıb. Biz hal-hazırda onların cəsədlərini tapmağa çalışırıq. Çünki, bütün qəbirsanlığı buldozerlərlə dağıdıb.”
Avropa-Aralıq dənizi İnsan Haqları İzləmə Təşkilatı da sionist rejiminin Qəzzə zolağındakı azı 12 qəbirsanlığa hücumunu təsdiqləyərək deyib ki, qəbirsanlıqdakı cəsədlər buldozer və hərbi maşınlarla tikə-tikə olurlar.
ABŞ TV kanallarından birinin 2008-ci ildə həyata keçirdiyi tədqiqatlara əsasən, İsrail uzun müddətdir ki, bədən üzvləri oğurluğunda ittiham olunur. Çünki, son illər ərzində dərc olunmuş bir neçə hesabat onu göstərir ki, İsrail insan orqanlarının ən böyük qeyri-qanuni qlobal ticarət mərkəzidir və qeyri-qanuni istifadə üçün fələstinli şəhidlərin bədən üzvlərini oğurlayır.
Fələstin xalqının bir çoxu ümidvardır ki, müharibə sona çatdıqdan sonra şəhidlərinin bədən qalıqlarını dəfn etmək üçün digər qəbirsanlıqlara köçürsünlər, amma onların qəbrlərdəki ölüləri də sionistlərin şərrindən amanda deyillər.