İşğalçı rejimin ordu qüvvələri bu gün günorta saatlarından sonra İordan çayının qərb sahillərinin şimalında yerləşən Nablus şəhərinə hücum ediblər.
Xarici KİV-in verdiyi məlumata görə, işğalçı qüvvələr Nablus şəhərinin şimal dağlarındakı “Əl-İrsad” küçəsində yerləşən bir yaşayış binasını mühasirə ediblər və bu rejimin ordusunun snayperçiləri ətrafdakı binaların damlarında yerləşiblər.

İsrailli qüvvələr çox sayda hərbi texnikaları mühasirə olunmuş binaya tərəf göndəriblər. Yerli mənbələrin bildirdiyinə görə, bu qüvvələr yaşayış binasına hücum zamanı bir nəfəri saxlayıblar.
Bunun müqabilində fələstinlil mübarizlər işğalçıların hücumunu dəf edib onlara və maşınlarına tərəf atəş açıblar.