İşğalçı sionist qüvvələri şənbə günü səhər saatlarında işğal olunmuş İordan çayının qərb sahillərindəki Ceninin cənubunda yerləşən Qubatiyyə şəhərciyinə hücum ediblər və fələstinli döyüşçülərlə toqquşublar.
Xarici KİV-in verdiyi məlumata görə, Cenin şəhərinin Qubatiyyə bölgəsində sionist qüvvələri ilə Fələstin Müqaviməti döyüşçüləri arasında şiddətli silahlı qarşıdurma baş verib. Hələ yaralılar barədə məlumat verilməyib.
Verilən məlumata görə, işğalçı qüvvələr şəhid “Mahmud Kumeyl”-in atası Ömər Kumeylin Qubatiyyədəki mənzilinə hücum edərək onu həbs ediblər.