



Bu gün səhər saatlarında sionist rejimin qüvvələri Cenin şəhərinin qərbində yerləşən Vadi Bürkini basaraq dörd gənci əsir alıblar: Muslim Masarva, Xalid əl-Məsri, Musab İyad əd-Damc və Əhməd əl-Cədaun.
Əsir götürülənlərdən Muslim Masarva və Əhməd əl-Cədaun Cenin Briqadasının sahə komandirləri kimi tanınır. Muslim illərdir həm sionist rejimin, həm də Fələstin Muxtariyyəti qüvvələrinin hədəfində idi. O, daha əvvəl Cenin düşərgəsinin PA tərəfindən mühasirəyə alındığı dövrdə, yaxın silahdaşı Yezid Cəysənin PA qüvvələri tərəfindən güllələnərək şəhid olması ilə gündəmə gəlmişdi.