İşğalçı İsrail rejimi Suriyanın cənub-qərbində əl-Qunaytara əyalətinin ərazisini artileriyadan hədəfə alıb.
SalamNews Suriya mətbuatına istinadla xəbər verir ki, sionist rejim ordusu ötən gecə işğal altında olan Colan Yüksəkliklərindən Qunaytara şəhərinin ətrafını toplardan, eləcə də mərmi və raketlərdən hədəfə alıb.
Məlumata görə işğalçı İsrail Ordusu Qunaytara şəhərinin ətrafında yerləşən əl-Hurriyyət qəsəbəsinin ərazisini hədəfə alıb.
Bu hücum nəticəsində kimsə xəsarət almayıb.
Qeyd edək ki, işğalçı İsrail ötən ay iki dəfə Suriyanın Laziqiya şəhərində strateji dəniz limanının ərazisini hava zərbələrilə hədəfə almış və burada ciddi maddi xəsarətlərə səbəb olmuşdu. Suriyanın Colan Yüksəkliklərini işğalda saxlayan İsrail bölgədə İrana bağlı qüvvələrin yerləşməsinə mane olduğunu bildirir.