Xarici KİV-in verdiyi məlumata görə, işğaı olunmuş Qüdsün “Cəbəl əl-Mukəbbir” məntəqəsində sionist əsgərləri ilə fələstinli gənclər arasındakı toqquşmada, sionist əsgərləri göz yaşardıcı qaz, səs bombaları atmaq və atəş açmaqla onlarla fələstinlini yaralayıblar.
Toqquşmalar, fələstinli şəhidlərdən birinin ailəsinə dəstək üçün Cəbəl əl-Mukəbbir məntəqəsində fələstinlilər tərəfindən keçirilən nümayişləri yatırmaq niyyəti ilə sionist əsgərlərinin bu məntəqəyə hücumlarından sonra baş verib.
Ötən həftə ərzində gərginlik daha da artıb.