Sionist məskunlaşmaçılar mitinq zamanı ərəblərə qarşı şüarlar səsləndirərək, işğal olunmuş Qüdsdə gərginliyi və toqquşmaları artırıblar.
Ötən gecə (cümə axşamı) onlarla İsrail sakini işğal altındakı Qüds şəhərinin Babəl-Əmud bölgəsi yaxınlığında aksiya keçirərək, Fələstin ərazilərində gərginliyi artırıb.
Anadolu xəbər agentliyinin məlumatına görə, sionist mühacirlər ərəb dünyasına qarşı “Əl-Məvt lil-Ərəb” (“ərəblərə ölüm”) şüarları səsləndiriblər.
Hadisə şahidlərinin Anadolu Xəbər Agentliyinə verdiyi məlumata görə, işğalçı rejim qüvvələri nəinki mitinqə mane olmayıb, həm də fələstinli gənclərin aksiyanın keçirildiyi əraziyə yaxınlaşmasına mane olub və bir fələstinli gənci həbs ediblər.
Yerli mənbələr Babəl-Əmud bölgəsində məskunlaşanların toplanmasından sonra gərginlik yaşandığına diqqət çəkir. Bu, xüsusilə Qüdsdə sionistlərlə fələstinlilər arasında toqquşmaların artması ehtimalını artırıb.
Bundan əvvəl media şəhərdəki bir çox ekstremist qrupların Ramazan ayında Məscidül-Əqsaya hücum etməyə hazır olduqlarını açıqladığını bildirmişdi. Hazırlığın bu cür elan edilməsinə səbəb bu ilin Ramazan ayında İslam bayramları ilə yəhudi bayramlarının üst-üstə düşməsidir.