İranın Xarici İşlər Nazirliyinin sözçüsü öz Twitter səhifəsində sionistlərin Qurani Kərimə qarşı etdikləri hörmətsizliyə reaksiya verib.
Nasir Kənani deyib: Sionistlərin məscidlərə qəddarcasına hücumu və Qurani Kərimə qarşı hörmətsizliyi, mənzilləri dağıtmaq, uşaqları, qadınları və Fələstinin müdafiəsiz xalqını gündəlik olaraq öldürmək, qondarma rejimin dini müqəddəslərə, insan haqlarına təcavüzündə heç bir qırmız xəttə əməl etməməsinin göstəricisidir.
O, əlavə olaraq deyib: Qərb dövlətlərinin dəstəyi ilə birgə sükütu onları bu vəhşilikləri törətməkdə daha da cürətləndirir.