İran İslam Respublikasının Ordusu bəyanat verərək bildirib: İran ərazisinin müdafiəsi uğrunda şəhid olanların sayı 4 nəfərə çatıb.
İran İslam Respublikasının Ordusu bəyanat yaymaqla açıqlayıb: 2024-cü ilin Oktyabr ayının 26-sı şənbə günü səhər saatlarına yaxın sionist rejimin təcavüzkar hücumlarının ardınca, İran İslam Respublikasının səmasının təhlükəsizliyini müdafiə edərkən yaralanan “mayor Səccad Mənsuri” və “baş çavuş Mehdi Nəqəvi” adlı ordunun digər iki əməkdaşı bugün (şənbə günü) günorta saatlarından sonra şəhid yoldaşlarına qoşulublar.
İran İslam Respublikasının Ordusunun hərbiçiləri olan mayor Həmzə Cahandidə və baş çavuş Məhəmməd Mehdi Şahroxifər də şənbə günü səhər saatlarına yaxın sionist rejimin atdığı raketlərlə mübarizə aparan zaman şəhid olublar.
