İordaniya parlamentinin bir sıra nümayəndəsi müvəqqəti sionist rejiminin naziri tərəifindən Məscidul-Əqsaya qarşı edilən hörmətsizliyə reaksiya verərək sionist rejiminin səfirinin ölkədən çıxarılmasını istəyiblər.
Xarici KİV-in verdiyi məlumata əsasən, İordaniya parlamentinin rəhbəri “Əhməd Əs-Səfadi” çərşənbə günü parlament iclasında ərəb və beynəlxalq parlamentlərdən sionist rejiminin təcavüzü ilə mübarizə üçün təcili addım atmalarını istəyib.
Səfadi deyib: İşğalçı rejimin Qüdsdə İslam və Xristian dininin müqəddəs məkanları üzərində heç bir hakimiyyəti yoxdur. Biz yenə də haqq cəbhəsini himayə edəcək, İslamın müqəddəs məkanlarına qəyyumluğu öhdəsinə götürən İordaniya padşahı ikinci Abdullahı dəstəkləyəcəyik və Qüds əleyhinə heç bir razılaşmanı qəbul etməyəcəyik. Müsəlmanların və məsihilərin haqqı bu şəhərdə tarixi və əbədidir.
Verilən hesabata görə, bu iclasda parlamentin bir sıra nümayəndəsi, sionist rejiminin səfirinin İordaniyadan çıxarılmasını, bu ölkəylə sülh anlaşmalarının ləğv olunmasını və Beynəlxalq Cinayət Məhkəməsinə bu rejimin əleyhinə şikayət edilməsini istəyiblər. Həmçinin parlament üzvləri sionist rejimi ilə əlaqələrin bütünlüklə kəsilməsini istəyiblər.
Netanyahunun radikal kabinetinin təhlükəsizlik naziri İtemar bin Gvirin (ibn Ğafir) istənilən hücumu barədə Fələstin Müqavimətinin ciddi xəbərdarlıqlarına baxmayaraq çərşənbə axşamı o, bir sıra sionist köçkünləri ilə birlikdə ciddi təhlükəsizlik tədbirləri altında Məscidul-Əqsaya yürüş edib.