İşğalçı sionist hərbiçiləri İordan çayının qərb sahillərində yerləşən müxtəlif şəhər və kəndlərə hücum etməklə bir qrup fələstinlini həbs ediblər.
Şahidlərin sözlərinə görə, sionist hərbiçiləri dünən İordan çayının qərb sahillərinin müxtəlif bölgələrinə hücum etməklə, Əqəbəyi Cəbr düşərgəsi, Nablus, Tülkərm və Əl-Fəvar düşərgəsində 28 nəfər fələstinlini həbs ediblər. Daha sonra onlardan bəzilərini azad ediblər.
İşğalçı hərbiçilər ötən çərşənbə axşamı günündəki Əl-Xəlil əməliyyatlarından bəri fələstinlilərin həbs olunması üçün geniş əməliyyatlar həyata keçiriblər. Üç gün ərzində təxminən 100 nəfər fələstinlini həbs ediblər. Sonradan onlardan bəziləri azad buraxılıb.