Sionist rejiminin hərbiçiləri dünən səhər (bazar ertəsi günü) İordan çayının qərb sahillərindəki şəhərlərə, qəsəbələrə və düşərgələrə hücum etməklə azı 20 fələstinlini həbs ediblər.
Müxbirlərdən biri bu barədə hesabat verərək bildirib: Sionist hərbiçiləri İordan çayının qərb sahillərindəki bir neçə şəhərə geniş şəkildə hücum edib və azı 20 nəfər Fələstin vətəndaşını həbs ediblər.
Bu hesabata əsasən, sionist hərbiçiləri öz hücumlarında Ərabə qəsəbəsindəki vətəndaşların evlərini dağıdıb, onlarla insanı saxlayıb və küçədə soğu apardıqdan sonra onlardan bəzisini sərbəst buraxıblar.
Bu müxbirin verdiyi hesabata əsasən, Fələstin vətəndaşlarının İordan çayının qərb sahillərində, Cenin və Nuru Şəms düşərgələrində, sionistlərlə qarşıdurmaya şahid olan digər bölgələrdə küçədə sorğulanması Oktyabr ayının 9-dən başlayıb.