İşğalçı sionist rejiminin hərbiçilərinin və köçkünlərin İordan çayının qərb sahillərinin müxtəlif bölgələrinə hücumlarının davamında, 4 fələstinli şəhid olub, onlarla digər insan yaralanıb və həbs olunub.
Xarici KİV-in verdiyi məlumata görə, bu hücumlar nəticəsində, sionist hərbiçilərin Nablusa və Həvareyə hücumunda fələstinli 3 nəfər gənc oğlan və 1 nəfər gənc qız
şəhid olublar, bir neçə fələstinli də sionist işğalçıları ilə toqquşmada yaralanıb. Həmçinin, bu toqquşmalarda 13 nəfər fələstinli də həbs olunub.

Fələstin Qırmızı Aypara Cəmiyyətinin Təcili Tibb Mərkəzinin direktoru Əhməd Cəbrayıl deyib ki, sionistlərin hücumunda 166 nəfər Fələstin vətəndaşı yaralanıb və 152 nəfər də göz yaşardıcı qazın buruna getməsi nəticəsində boğulma ilə üzləşiblər.

Sionist hərbiçiləri daha bir təcavüzkar addım ataraq Beyte Ləhmin ətraf kəndi olan Əl-Vəclə kəndində restoranı dağıdıblar.
Həmçinin, sionist hərbiçiləri Yeriho şəhərinin mühasirəsini 13 gündür ki, davam etdirirlər və şəhərin əsas girişlərində hərbi yoxlanış-keçid məntəqələri qurmaqla, avtomobillərin və yük maşınlarının hərəkətinə maneəçilik törətməklə, Fələstin vətəndaşlarının gediş-gəlişində məhdudiyyətlər yaradıblar.
Bundan əlavə sionist köçkünlərinin Məscidul-Əqsaya hücumları və onların bu məkanda provokativ hərəkətləri davam edib. Bu hücum sionist hərbiçilərinin himayəsi altında baş tutub.
Bəzi köçkünlər Əl-Xəlilin cənubundakı Xafat Maun qəsəbəsində məntəqələrinə yaxın yerdə olan çobanlara hücum ediblər. Bu hücumda 19 yaşlı fələstinli yeniyetmə döyülərək ölümlə təhdid olunub. Köçkünlər həmçinin, fələstinlilərin qoyun sürülərini o məntəqədən qovub, qoyunların bəzilərini öldürüb və bir neçəsini də oğurlayıblar.
