Cümə günü İordan çayının qərb sahillərində yerləşən bir neçə bölgədə fələstinli gənclərlə işğalçı qüvvələr arasındakı toqquşmada bir sıra fələstinli yaralanıb.
Nablusun cənubundakı Qəryut çayına hücum edən işğalçı qüvvələr və sionist köçkünlər fələstinli gənclərlə toqquşublar. Sionist hərbiçiləri fələstinlilərə və onların evlərinə qaz bombaları atıblar. Bu da bir sıra fələstinlinin boğulması ilə nəticələnib.
Onlarla köçkün işğalçı qüvvələrin himayəsi altında Nablusun cənubundakı Qəryut çayına hücum edib, təxribat xarakterli hərəkətlər ediblər.
Sələfiyyətin qərbində də vətəndaşların Deyr Estia bölgəsində qəsəbəsalma əleyhinə keçirdikləri nümayişlərdən sonra fələstinlilər və sionistlər arasında qarşıdurma yaranıb. İsrail hərbiçillərinin nümayişçilərə qarşı hücumları bir sira vətəndaşın, o cümlədən ayırıcı divarının inşasına qarşı müqavimət dəstəsinin rəhbəri “Müəyyid Şaban”-nın yaralanması ilə nəticələnib.
Qəlqiliyyənin şərqində yerləşən Kəfr-Qədumda da illərlə bağlı qalmış yolun açılması üçün həftəlik yürüşlər keçirildikdən sonra plastik örtüklü metal güllələrin atılamsı nəticəsində bəzi vətəndaşlar yaralanıblar. Digər onlarla insan isə qaz bombalarının atılması səbəbi ilə boğulublar.
Əl-Xəlilin cənubunda yerləşən Müsafir Yətadakı Təvani kənd sakini Hişam əl-Hərini adlı Fələstin vətəndaşı da işğalçıların kəndin girişində ona hücum etməsi nəticəsində yaralanıb.
Cümə günləri İordan çayının qərb sahillərində yerləşən bir neçə bölgə həftəlik hadisə və yürüşlərə şahid olur. Bu hadisə və yürüşlər çox zaman işğalçı qüvvələrə qarşı toqquşmayla sonlanır. İşğalçı qüvvələr nümayişçiləri dağıtmaq üçün həqiqi və plastik güllələrdən, qaz və səs bombalarından istifadə edirlər.