Sionist rejimin işğalçı qüvvələri çərşənbə axşamı səhər, işğal olunmuş İordan çayının qərb sahillərinə hücumlar zamanı 7 vətəndaşı həbs ediblər. Bu, onlarla köçkünün Əl-Əqsa məscidinə hücumları zamanı baş verib.
Bəzi yerli mənbələr bildiriblər ki, işğalçı qüvvələr evinə hücum etdikdən bir neçə saat sonra Məhənd Üsamə Həzim Devikatı Nablusun cənubundakı Həvare yoxlanış məntəqəsində həbs ediblər və qardaşı İhabı yaxınlıqdakı binaya aparıblar. Özünü təslim etmək üçün Məhəndi təzyiq altında saxlamaq məqsədi ilə onu dindiriblər.
Fələstinli gənclər də Nablusa hücum zamanı işğalçı qüvvələrlə güllə və ev şəraitində hazırlanmış bombalarla mübarizə aparıblar.
Məhbusların İşləri üzrə İnformasiya İdarəsi vurğulayıb ki, işğalçı qüvvələr İordan çayının qərb sahillərinin şimalında yerləşən Qəlqiliyyə yaxınlığındakı Əmatin şəhərciyində İzzəddin Bəri və Həmmam Səvan adlı iki gənci həbs ediblər.
İşğalçı qüvvələr Qəlqiliyyənin şərqindəki Əzundan Məhəmməd İmad Şəbatini həbs ediblər.
Məhbusların İşləri üzrə İnformasiya İdarəsi əlavə edib: İşğalçı qüvvələr Əl-Xəlildə yerləşən Əl-Ərub düşərgəsindəki Mahmud Məhəmməd Cəvabirə, Xəlil Məhəmməd Əl-Kədnavi və Levi Camal Cəvabirə adlı 3 vətəndaşı həbs ediblər.
Digər tərəfdən də çərşənbə axşamı səhər, onlarla radikal köçkün İsrailin işğalçı polisinin güclü nəzarəti altında Əl-Muğarəbə qapısı tərəfdən Əl-Əqsa məscidinə hücum ediblər.
İşğalçı rejimin polisi fələstinlilərin məscidə girişi üçün güclü məhdudiyyətlərin olduğu bir vaxtda Əl-Əqsa yaxınlığında öz üzvləri və xüsusi bölmələrini gücləndirib.
İşğal altındakı Qüdsdəki İslami Vəqflər İdarəsi onlarla köçkünün Əl-Əqsa məscidinə hücum etdiyini, onun həyətlərində təxribatçı partullar və Talmud mərasimi keçirdiklərini bildirib.
O, Əlavə olaraq bildirib ki, işğalçı rejimin polisi Beytul-Müqəddəsdən və işğal aıtındakı Fələstindən Əl-Əqsaya gələn namaz qılanların girişini məhdudlaşdırmağı davam edib, onları kimliyini araşdırıb və onlardan bəzilərini çöl qapılarında həbs edib.
Beytul-Müqəddəs əhalisi köçkünlərin planlarını və yəhudiləşdirmə cəhdlərini puça çıxarmaq üçün gələcək günlərdə Əl-Əqsa məscidində toplaşma və mühafizə tələblərini davam edəcəklər.