Xəbər mənbələri cümə günü axşam, sionist hərbiçilərinin açdıqları atəş nəticəsində İordan çayının qərb sahillərində 4 fələstinlinin şəhid olması barədə məlumat veriblər.
Fələstin xəbər agentliklərindən birinin verdiyi məlumata görə, fələstin müqavimət qüvvələrinin İordan çayının qərb sahillərinin cənubunda yerləşən Əl-Xəlil şəhəri yaxınlığındakı sionistlərin yaşadığı Edura qəsəbəsinə daxil olmaları və sionist hərbiçiləri ilə atışmalarının ardınca 3 fələstinli şəhid olub.
Həmçinin Tülkərmin şimalında yerləşən Zita kəndində sionist hərbiçiləri tərəfindən vəhşicəsinə döyülməsi nəticəsində fələstinli gənc Xalid Əhməd Zubeydi şəhid olub.
Əqsa Fırtınası əməliyyatı başlayandan indiyədək sionist hərbiçilərinin İordan çayının qərb sahillərinə hücumları nəticəsində yüzlərlə fələstinli şəhid olub.