Fələstin Səhiyyə Nazirliyi İordan çayının qərb sahillərində sionist rejimin hərbiçiləri tərəfindən 4 fələstinlinin şəhid edildiyini açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata görə, 3 fələstinli gənc İordan çayının qərb sahillərinin şimalında yerləşən Tülkrəmin şərqindəki Nuri Şəms düşərgəsində sionist hərbiçilərinin açdığı atəş nəticəsində həyatını itirib.
Fələstin Vətəndaşlıq İşləri Baş İdarəsi verdiyi bəyanatda bildirib: Nuri Şəms düşərgəsindən “Cihad Mahmud Həsən Müşariqə” (40 yaş), “Məhəmməd Ğəssan Əbu Amid” və Əla qəsəbəsindən “Xalid Mustafa Şərif Amir” (23 yaş) çərşənbə günü axşam sionist hərbiçiləri tərəfindən şəhid ediliblər və cənazələri hələ təhvil verilməyib.
Bu üç gəncin şəhid olması ilə sionist ordusunun Tülkərm şəhərinə, Tülkərm düşərgəsi və Nuri Şəms düşərgəsinə qarşı davamlı hücumları nəticəsində şəhid olanların sayı 11 nəfərə çatıb.
Bu şəhidlərin arasında biri 8 aylıq hamilə olmaqla iki qadın və 7 yaşlı bir uşaq var.
Həmçinin verilən məlumata görə, sionist hərbiçilərin Nablus şəhərindəki əş-Şərqiyyə məntəqəsinə hücumu nəticəsində bir fələstinli gənc də şəhid olub.
Fələstin Səhiyyə Nazirliyinə istinadən verilən məlumatda “Adil Əhməd Adil Bəşkar”ın (19 yaş) Nablusdakı Əskər düşərgəsində İsrail rejiminin hərbiçiləri tərəfindən açılan atəş nəticəsində şəhid olduğu bildirilib.
Sionist rejimi ordusu Yanvar ayının 21-dən etibarən İordan çayının qərb sahillərinin şimal vilayətlərinə qarşı hərtərəfli hücumlara başlayıb və Cenin şəhəri, düşərgəsi və ətrafındakı kənd və şəhərləri hədəfə alıb.