Xarici KİV-in verdiyi məlumata görə, Fələstinli Əsirlər Nazirliyi bildirib ki, sionist rejimi qüvvələri dünən gecə və bugün səhər İordan çayının qərb sahillərindəki bir neçə şəhərə, məntəqəyə hücum etməklə 15 nəfər fələstinli vətəndaşı həbs ediblər.
Eyni zamanda fələstinli mənbələr bildiriblər ki, bir qrup sionist köçkünlər bu gün sionist rejiminin təhlükəsizlik qüvvələrinin dəstəyi ilə Məscidul-Əqsaya yürüş ediblər.
Sionist rejiminin polisi, fələstinlilərin Məscidul-Əqsaya daxil olmalarına mane olduğu və onlarla sərt davrandığı halda, sionist köçkünləri hər gün Məscidul-Əqsaya yürüş edirlər.
Həmasın sözçüsü, son günlər sionsit rejiminin müqəddəs İslami məkanlara hücumlarının şiddətlənməsini bildirərək deyib: Qüdsə və Məscidul-Əqsada baş verən hadisələr odla oynamaqdır.
Onun sözlərinə görə, Məscidul-Əqsa əleyhinə mübaribənin davamı, işğalçıların quldurluq məntiqi ilə hərəkət etmələri və onların beynəlxalq qanunlara, qətnamələrə əhəmiyyətsiz yanaşmaları mənasındadır.
Hazim Qasim, ərəb ölkələrindən, beynəlxalq ictimaiyyətdən işğalçıların Qüds və Məscidul-Əqsa əleyhinə təcavüzləri ilə mübarizə aparmaq üçün addım atmalarını istəyib.