İşğalçı sionist rejimi qüvvələri Cenin şəhərindəki Seylətuz-zöhr qəsəbəsinə hücum edib və sakinlərdən birinin evini mühsairəyə alıblar. Eyni halda fələstinli gənclərlə toqquşduqdan sonra kömək qüvvələri çağırıblar.
Sionist rejiminin işğalçı qüvvələri dünən gecə və bu gün səhər (cümə axşamı günü) işğal olunmuş İordan çayının qərb sahillərinə hücum edərək, bir sıra fələstinlini həbs etməkdən əlavə, Cenin şəhərinin yaxınlığında bəzi bölgələrdə fələstinli gənclərlə toqquşublar.
İşğalçılar Cenin bölgəsindəki Seylətuz-zöhr qəsəbəsinə hücum edərək, sakinlərdən birinin evini mühsairəyə alıblar. Eyni halda bir sıra fələstinli işğalçı qüvvələrlə mübarizə aparıblar və onlar köməkçi qüvvələr çağırmaq məcburiyyətində qalıblar.
İşğalçı qüvvələr kimlikləri müəyyənləşməyən iki gənci Seylətuz-zöhr qəsəbəsində mühasirəyə alınan evdən həbs ediblər. Onlar həmçinin Cenin şəhərindəki Yəbəd qəsəbə sakini, fələstinli əsir Muhəmməd Qobhanın oğlu Qobhanı həbs ediblər.
İşğalçı qüvvələr eyni zamanda Əl-Xəlil şəhərindəki Əl-Fəvar düşərgəsinə hücum ediblər. Bu hücum fələstinlilərin onlarla düşərgə daxilində toqquşmasıyla nəticələnib və işğalçılar fələstinli gənclərə tərəf döyüş güllələri atıblar.