İşğalçı sionist əsgərləri fələstinlilərin həbsinin davamında çərşənbə axşamı günü İordan çayının qərb sahillərinin müxtəlif bölgərindən 13 nəfər Fələstin vətəndaşını həbs ediblər.
Fələstin təhlükəsizlik mənbələrinin sözlərinə görə, sionist hərbiçiləri çərşənbə axşamı günü işğal altında olan Qüdsdə “Şəfat” düşərgəsi və “Anata” şəhərciyi sakinləri olan 8 nəfər gənc fələstinlini, həmçinin, Qüdsün cənubundakı Əl-Xəlil vilayəti sakini olan iki gənci həbs ediblər.
Həmçinin, işğalçı sionist qüvvələri İordan çayının qərb sahillərinin şərq və şimal-qərbində “Səncəl” məntəqəsindən bir, “Yeriho” və “Qəlqiliyyə” vilayətləri əhalisindən olan iki gənci həbs ediblər.